Suriya ordusu Dəməşqin 5 rayonunu terrorçulardan azad edib

Suriya ordusu Dəməşqin 5 rayonunu terrorçulardan azad edib Döyüş nəticəsində terrorçular itki veriblər, onların atəş mövqeləri məhv edilib
Digər ölkələr
21 İyun , 2017 21:46
Suriya ordusu Dəməşqin 5 rayonunu terrorçulardan azad edib
Courtesy İmage

Bakı. 21 iyun. REPORT.AZ/ Suriyanın hökumət qoşunları aviasiya və artilleriyanın dəstəyi ilə Dəməşqin cənub-şərqində 5 rayonu terrorçulardan azad edib.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, Suriya ordusu Dəməşqin cənub-şərq ətrafında yerləşən Bir Kaseb, Hurbet Kaseb, Tulyul ər-Ravabi, Sarihi və İrinba rayonları üzərində nəzarəti geri qaytarıb. Döyüş nəticəsində terrorçular itki veriblər, onların atəş mövqeləri məhv edilib. Geri çəkilən yaraqlılar çoxlu sayda döyüş sursatları qoyub qaçıblar.

Son xəbərlər

Orphus sistemi