Bakı. 29 yanvar. REPORT.AZ/ Suriya ordusu Dəməşq yaxınlığında yerləşən Vadi-Bəradə rayonunu yaraqlılardan tam azad edib.
"Report" xəbər verir ki, bu barədə ordu komandanlığına istinadən ölkənin SANA milli agentliyi məlumat yayıb.
Hərbçilərin sözlərinə görə, rayonun bəzi kəndlərində barışıq haqqında saziş bağlamaq mümkün olub, bunun sayəsində yerli sakinlər və yaraqlılar rayonu döyüşsüz tərk ediblər.