Yuxarı

Suriya müxalifətinin 28 lideri Moskvaya dəvət olunub

Danışıqlar yanvarın sonuna nəzərdə tutulur.

Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiya Suriya müxalifətinin liderlərini Moskvaya danışıqlara dəvət edib.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, danışıqlar yanvarın sonuna nəzərdə tutulur.

Ümumilikdə, Suriya müxalifətinin 28 lideri Moskvanın dəvətini alıb.Onlar arasında Suriya Milli koalisiyasının lideri Hadi al-Bahra, koalisiyanın iki keçmiş lideri al –Khatib və Sida da var.

Assad rejiminin müdafiəçisi olan Rusiyanın dəvətini Suriya müxalifəti Türkiyədə yanvarın 2-də açılan baş məclisində müzakirə edəcək.

Assad hökuməti Moskvanın dəvəti barədə deyib ki, ilkin danışıqlarda iştirak edə bilər. Ancaq bu, Suriyanın özündə konfransa yol açmalıdır.

Suriyada 2011-ci ildə müharibə başlanandan 200 min adam ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi