Suriya Holan yüksəklikləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı xahiş edib

Suriya Holan yüksəklikləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı xahiş edib Suriya hakimiyyəti Holan yüksəklikləri ilə bağlı yaranmış vəziyyətə görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı xahiş edib.
Digər ölkələr
27 Mart , 2019 04:59
Suriya Holan yüksəklikləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı xahiş edib

Suriya hakimiyyəti Holan yüksəklikləri ilə bağlı yaranmış vəziyyətə görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı xahiş edib.

"Report"un məlumatına görə, bu barədə adı çəkilməyən diplomatlara istinadən AFP bildirib.

"Suriya Holan yüksəklikləri ilə bağllı BMT Təhlükəsizlik Şurasını iclasını keçirməyi xahiş edib", - deyə agentlik yazıb.

Martın 25-də ABŞ prezidenti Donald Tramp Holan yüksəkliklərinin İsrailin ərazisi kimi tanınması ilə bağlı sənədi imzalayıb.

Livan və Səudiyyə Ərəbistanı Amerika liderinin bu qərarını pisləyib.

Son xəbərlər

Orphus sistemi