Yuxarı
    Bağlamaq

    Suriya hökuməti və müxalifət atəşkəsə razılıq verib

    Hökumət qüvvələri və müxalifət qrupları hərbi əməliyyatların dayandırılması şərtlərini qəbul etdiklərini bildiriblər

    Bakı. 26 fevral. REPORT.AZ/ Suriya hökuməti və müxalifət ölkədə fevralın 27-si Bakı vaxtı ilə 02:00-da qüvvəyə minməli olan atəşkəs rejiminə sadiq olduqlarını bəyan ediblər.

    “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Rusiya və ABŞ tərəfindən hazırlanmış Suriya üzrə qətnamə layihəsi fevralın 27-dən ölkədə atəşkəs rejiminin qüvvəyə minməsini təsbit edir.

    Hökumət qüvvələri və müxalifət qrupları Rusiya və ABŞ-a hərbi əməliyyatların dayandırılması şərtlərini qəbul etdiklərini və indi onun iştirakçıları olduqlarını bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi