​Suriyada təyyarə qəzasında ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB

​Suriyada təyyarə qəzasında ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB Eyni zamanda 6 bina tamamilə dağılıb, 120 nəfər yaralanıb
Digər ölkələr
111
3 Avqust , 2015 16:12
​Suriyada təyyarə qəzasında ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 3 avqust. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, təyyarənin İdlib vilayətinin Eriha rayonunda bazara düşməsi nəticəsində yaralanların sayı da 120 nəfərə çatıb. Onların hamısı mülki vətəndaşlardır. Bundan əlavə, 6 bina tamamilə dağılıb. 

*** 14:10

Suriya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə döyüş tapşırığını yerinə yetirərkən İdlib vilayətində (Dəməşqdən 320 km aralıda) qəzaya uğrayıb.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, təyyarə Eriha şəhərində yaşayış məhəlləsinə düşərək qəzaya uğrayıb.

İlkin məlumatlara görə, 20 nəfər həlak olub, ən azı 50 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi