Suriya Hələbdə terrorçuların mövqelərini artilleriya atəşinə tutub

Suriya Hələbdə terrorçuların mövqelərini artilleriya atəşinə tutub Yaraqlılar şəhərdən çıxmaq təklifini rədd ediblər
Digər ölkələr
17 Noyabr , 2016 04:12
Suriya Hələbdə terrorçuların mövqelərini artilleriya atəşinə tutub

Bakı. 17 noyabr. REPORT.AZ/ Suriya ordusunun artilleriyası Hələb şəhərinin şərq hissəsində fəaliyyət göstərən silahlı qruplaşmaların mövqelərinə zərbələr endirir.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü "Əl-Məyadin" telekanalı məlumat yayıb.

Məlumata görə, zərbələr qarşı tərəfin Bustan-əl-Kasr, Məsakin-Hanano, Əl-Meysar, Firdous, Kadi-Əskər, Əl-Kalyasa və Bab-Neyrab məhəllələrindəki möhkəmləndirilmiş mövqelərinə endirilir. Quldur dəstələrinin müdafiə xətti bu məntəqələrdən keçir.

Bazar ertəsi silahlı birləşmələr onlar üçün ayrılmış xüsusi dəhlizlər vasitəsi ilə Hələbin şərq rayonlarını tərk etmək təklifini rədd ediblər.

Son xəbərlər

Orphus sistemi