"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqları üzrə Müşahidə Şurasının çərşənbə axşamı açıqlanan bəyanatında bildirilir.
" "İraq-Şam İslam Dövləti (İŞİD) və "Ən-Nüsra Cəbhəsi"nin 1119 terrorçusu daxil olmaqla, 1171-dən artıq insan ərəb və Qərb dövlətlərinin aviazərbələri nəticəsində (sentyabrın 23-dən) həlak olub", - deyə məlumatda qeyd olunur.
Müşahidə Şurası əlavə edib ki, havadan zərbələr nəticəsində 52 dinc sakin də dünyasını dəyişib.