Yuxarı

​Suriya dekabrın 27-dən terrorçuların 1662 obyektinə zərbə endirib

Nəticədə ekstremistlərin bir neçə komanda məntəqəsi, həmçinin silah anbarı məhv edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələri 2015-ci il dekabrın 27-dən cari ilin 20 yanvar tarixinədək olan dövr ərzində 481 uçuş həyata keçiriblər və terrorçuların Dəməşq, Homs, Həma, Hələb və Deyr-əz-Zor dairələrindəki 1662 obyektinə zərbə endiriblər.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Suriya Silahlı Qüvvələrinin briqada generalı Əli Mayhub məlumat verib.

"Suriya HHQ-sı 27 dekabr 2015-ci il tarixindən 20 yanvar 2016-cı il tarixinədək 481 uçuş həyata keçirib və Dəməşq, Homs, Həma, Hələb və Deyr-əz-Zor dairələrində yaraqlıların 1662 obyektinə zərbə endirib", - deyə Mayhub brifinqdə qeyd edib.

Onun sözlərinə görə, bu zərbələr bir sıra obyektlərin , xüsusilə ekstremistlərin bir neçə komanda məntəqəsi, döyüş sursatı anbarı, onlarla maşının məhvi ilə nəticələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi