​Suriya BMT-dən İsrailə qarşı sanksiya tətbiq olunmasını tələb edir

​Suriya BMT-dən İsrailə qarşı sanksiya tətbiq olunmasını tələb edir Suriya hökumətinin bəyanatına görə, İsrail hakimiyyəti terrorçuluğu dəstəklədiyini gizlətmir
Digər ölkələr
8 Dekabr , 2014 07:35
​Suriya BMT-dən İsrailə qarşı sanksiya tətbiq olunmasını tələb edir
Bakı. 8 dekabr. REPORT.AZ/ Suriyanın Xarici İşlər Nazirliyi Dəməşqin beynəlxalq hava limanına hücumla əlaqədar İsrailə qarşı sanksiyaların tətbiq olunması tələbi ilə BMT baş katibi və BMT Təhlükəsizlik Şurası sədrinə iki məktub ünvanlayıb.

"Report" Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, Suriya hökumətinin bəyanatına görə, İsrail hakimiyyəti terrorçuluğu dəstəklədiyini gizlətmir, ona görə də, İsrail hakimiyyətinə qarşı onun bu fəaliyyətinin qarşısını alan tədbirlər görmək lazımdır.

Qeyd edək ki, dekabrın 7-də İsrailin Hərbi Hava Qüvvələri Dəməşq beynəlxalq hava limanına və paytaxtın qərbində yerləşən Dimas şəhərinə havadan zərbələr endirib. Ehtimala görə, İsrail bombardıman zamanı döyüş sursatı anbarlarını hədəf alıb.

Son xəbərlər

Orphus sistemi