"Report" xəbər verir ki, ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyinin məlumatına görə, vulkan külü 3 km yüksəkliyə qədər qalxır.
Qeyd olunur ki, Sinabunqun püskürməsinə adət edən sakinlər özlərini sakit aparırlar. Vulkana yaxın ərazilərin əhalisinin təxliyə prosesi artıq başa çatıb. Ümumilikdə 2 min 400 nəfərdən çox şəxs evini tərk etmək məcburiyyətində qalıb.