Sudanın paytaxtı Xartumda yerləşən Prezident sarayında yanğın baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə yerindən fotolar sosial şəbəkələrə yerləşdirilib.
Yanğının səbəbləri və ölənlər barədə məlumat yoxdur.
Yanğın sarayın ikinci mərtəbəsində qısa qapanmadan başlayıb. Onu operativ şəkildə söndürmək mümkün olub.
Yanğın nəticəsində zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.