Sudanda toqquşmalarda ölənlərin sayı 676-ya çatıb

Digər ölkələr
  • 14 may, 2023
  • 15:07
Sudanda toqquşmalarda ölənlərin sayı 676-ya çatıb

Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş vermiş toqquşmalar nəticəsində ölənlərin sayı 676 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı BMT-nin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, bu ölkədə hərbi əməliyyatlar nəticəsində indiyədək 5575-dən çox insan yaralanıb.