Sudanda hərbi çevrilişə qarşı etirazlarda ölənlərin sayı 47-yə çatıb.
"Report" xəbər verir ki, bu barədə Sudan Həkimləri Mərkəzi Komitəsinin məlumatında deyilir.
Dekabrın 19-da Umdurman şəhərində nümayiş zamanı başından yaralana 28 yaşlı Abdulmunim Ali bu gün dünyasını dəyişib.
Komitə təhlükəsizlik qüvvələrini etirazçıları dağıtmaq üçün canlı güllələrdən istifadə etməkdə ittiham edib, Sudan hüquq-mühafizə orqanları isə ittihamları rədd edib.
Bundan əvvəl, dekabrın 19-da, Sudanda Ömər əl-Bəşir administrasiyasının devrilməsi ilə nəticələnən kütləvi etirazların üçüncü ildönümündə bütün ölkə boyu genişmiqyaslı nümayişlər keçirilib. Sudan təhlükəsizlik qüvvələri Prezident sarayının qarşısında toplaşan nümayişçilərə qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.