Sudanda yürüş zamanı 5 dinc aksiyaçı öldürülüb

Digər ölkələr
  • 29 iyul, 2019
  • 12:02
Sudanda yürüş zamanı 5 dinc aksiyaçı öldürülüb

Sudanda dinc nümayiş zamanı 4-ü tələbə olmaqla 5 etirazçı güllələnərək öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Sudanın müxalif Həkimlər Komitəsindən bildiriblər.

Hadisə ölkənin Şilmali Kordofan əyalətinin mərkəzi Əl-Obeyd şəhərində baş verib. 

Müxalifət təmsilçiləri yürüş zamanı iştirakçılara snayperdən atəş açıldığını deyiblər. 

Qeyd edək ki, cari il aprelin 11-də 30 il Sudanı idarə etmiş Ömər əl-Bəşir hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.