Sudanda etiraz aksiyalarında ölənlərin sayı 37-yə çatıb

Sudanda etiraz aksiyalarında ölənlərin sayı 37-yə çatıb Sudanda etiraz aksiyası keçirilib.
Digər ölkələr
18 Noyabr , 2021 23:10
Sudanda etiraz aksiyalarında ölənlərin sayı 37-yə çatıb

Oktyabrın 25-də Sudanda ordunun hakimiyyətə gəlməsindən sonra ölkədə keçirilən etriraz aksiyalarında azı 37 nəfər olub.

"Report" xəbər verir ki, bunu BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, təkcə gün ərzində 15 nəfərin ölümü və naməlum sayda etirazçının yaralanması ilə nəticələnən toqquşmalar qeydə alınıb.

"Biz etirazçılara qarşı güc tətbiqini pisləyirik və təhlükəsizlik qüvvələrini təmkinli olmağa, insan hüquqlarının növbəti dəfə pozulmasından çəkinməyə çağırırıq", - Düjarrik bildirib.

Qeyd edək ki, Sudanın paytaxtı Xartumda bu gün etiraz aksiyaları keçirilib. Sudan Həkimlər Mərkəzi Komitəsinin məlumatına görə, nümayişçilər arasında ölənlər var.

Həkimlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə edib, həmçinin təcili tibbi yardım maşınlarının yaralıların olduğu yerə girişini əngəlləyib.

11:03

Sudanda etiraz aksiyası keçirilib.

“Report” “TRT Haber”ə istinaədn xəbər verir ki, Xartum şəhərində baş tutan nümayişdə etirazçılarla polislər arasında qarşıdurma olub.

Hadisə nəticəsində 15 nəfər ölüb.

Etirazçılar yazılı açıqlamada bu aksiyanın tarix kitablarına düşəcəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi