Sudanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb

Sudanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb Sudanda dövlət çevrilişinə cəhd olub.
Digər ölkələr
21 Sentyabr , 2021 11:27
Sudanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb

Sudanda paytaxt küçələrinə tanklar yeridilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, dövlət çevrilişi cəhdinin arxasında keçmiş Prezident Ömər əl-Bəşirin tərəfdarlarının dayandığı bildirilib.

10:44

Sudanda dövlət çevrilişinə cəhd olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Sudanın dövlət televiziyası məlumat yayıb. 

Bildirilib ki, bir qrup hərbçi ölkənin paytaxtı Hartumda hakimiyyəti ələ keçirmək istəyib. 

Sudanın Təhlükəsizlik Şurasının sözçüsü Muhammed Əl Faki Süleyman durumun nəzarət altında olduğunu, cəhdin qarşısının alındığını bildirib.

Xatırladaq ki, 2018-ci il dekabrın 19-da etirazlara baxmayaraq, hakimiyyətə gələn Sudanın keçmiş Prezidenti Ömər əl-Bəşir 2019-cu ildə devrilmişdi.

İngilis versiyası Coup attempt foiled in Sudan

Son xəbərlər

Orphus sistemi