Sudan prezidenti Ömər Bəşir yenidən prezident seçilib

Sudan prezidenti Ömər Bəşir yenidən prezident seçilib Ömər Bəşir 25 ildir ki, Sudanda hakimiyyətdədir
Digər ölkələr
28 Aprel , 2015 00:27
Sudan prezidenti Ömər Bəşir yenidən prezident seçilib

Bakı. 28 aprel. REPORT.AZ/ Sudan prezidenti Ömər Bəşir yenidən seçkilərdə qəti qələbə qazanıb.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, Sudan Mərkəzi seçki komissiyasının məlumatına əsasən,o aprelin 13-də başlayan prezident seçkisində 94,05 faiz səs toplayıb.

71 yaşlı Ö.Bəşir 13 çox az tanınan rəqiblə mübarizə aparıb və əsas müxalifət seçkini baykot edib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi onun həbsinə order verib.

Ö.Bəşir Darfur regionunda soyqırım törətməkdə və digər cinayətlərdə ittiham olunur.

Qeyd edək ki, Ömər Bəşir 25 ildir ki, Sudanda hakimiyyətdədir.

Son xəbərlər

Orphus sistemi