Sudan məsələsi üzrə videokonfransda 50-yə yaxın ölkə və təşkilat iştirak edəcək

Sudan məsələsi üzrə videokonfransda 50-yə yaxın ölkə və təşkilat iştirak edəcək Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə iyunun 25-də keçiriləcək Sudan məsələsi ilə bağlı beynəlxalq donor videokonfransında 50-yə yaxın dövlət və beynəlxalq təşkilat iştirak edəcək.
Digər ölkələr
24 İyun , 2020 17:35
Sudan məsələsi üzrə videokonfransda 50-yə yaxın ölkə və təşkilat iştirak edəcək

Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə iyunun 25-də keçiriləcək Sudan məsələsi ilə bağlı beynəlxalq donor videokonfransında 50-yə yaxın dövlət və beynəlxalq təşkilat iştirak edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidməti məlumat yayıb.

"Bu konfrans beynəlxalq ictimaiyyətin Sudanda həyata keçirilən islahatlara siyasi dəstəyini təsdiq etməyə imkan verəcək. Konfrans həmçinin demokratik keçid dövrünə maliyyə yardımının mobilləşdirilməsinə, iqtisadiyyatın bərpasına və humanitar vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənib", - sənəddə deyilir. 

 Bundan əlavə, konfrans Sudan hökumətinə beynəlxalq ictimaiyyətə artıq həyata keçirilmiş islahatlar barədə məlumat verməyə imkan yardacaq.

Videokonfrans Almaniyanın xarici işlər naziri Hayko Maas, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, Sudanın baş naziri Abdalla Hamduk və BMT Baş katibi Antoniu Quterrişin birgə sədrliyi ilə keçiriləcək.

Konfransda Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Afrika İnkişaf Bankının nümayəndələri də iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi