Sudan hökuməti ölkənin keçmiş prezidentini məhkəməyə verir

Sudan hökuməti ölkənin keçmiş prezidentini məhkəməyə verir Sudan hökuməti ölkənin keçmiş prezidentini məhkəməyə verir.
Digər ölkələr
11 Avqust , 2021 19:00
Sudan hökuməti ölkənin keçmiş prezidentini məhkəməyə verir
Ömər əl-Bəşir

Sudan hökuməti ölkənin keçmiş prezidentini məhkəməyə verir.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, ölkə rəhbərliyi keçmiş prezident Ömər əl-Bəşir və digər sabiq dövlət məmurlarını Beynəlxalq Cinayət Məhkəməsinə verəcək. Onlar 2003-cü ildə Darfurda münaqişə dönəmində insanlığa qarşı cinayətlərdə ittiham edilir.

Sudanın xarici işlər naziri Maryam əl-Mehdi deyib ki, Nazirlər Kabineti bütün cavabdeh şəxsləri məhkəmə qarşısına çıxarmağı hədəfləyir.

77 yaşlı əl-Bəşir 1988-ci ildən ölkəyə rəhbərlik edib, 2019-cu ildə kütləvi xalq etirazlarından sonra devrilib. Beynəlxalq Cinayət Məhkəməsi 2009-cu ildə onun barəsində həbs qərarı çıxarıb, o, beynəlxalq axtarışa verilib.

Sabiq prezidentə qarşı 31 ittiham irəli sürülüb.

BMT-nin məlumatlarına görə, 2003-2006-cı illərdə Darfurda hökumət ordusu ilə etirazçılar arasında baş verən silahlı qarşıdurmalarda 300 minə yaxın insan həlak olub.

2019-cu ilin avqustundan Sudanda hərbi-mülki administrasiya rəhbərliyi ələ alıb.

Son xəbərlər

Orphus sistemi