Strasburqda jurnalistlər Makrona etiraz əlaməti olaraq mətbuat konfransını tərk ediblər

Strasburqda jurnalistlər Makrona etiraz əlaməti olaraq mətbuat konfransını tərk ediblər Avropalı jurnalistlər sual verə bilməmələrinə etiraz əlaməti olaraq Fransa Prezidenti Emmanuel Makronun Avropa Parlamentində mətbuat konfransı keçirməli olduğu zalı tərk ediblər.
Digər ölkələr
196
20 Yanvar , 2022 03:27
Strasburqda jurnalistlər Makrona etiraz əlaməti olaraq mətbuat konfransını tərk ediblər
Emmanuel Makron

Avropalı jurnalistlər sual verə bilməmələrinə etiraz əlaməti olaraq Fransa Prezidenti Emmanuel Makronun Strasburqda Avropa Parlamentində mətbuat konfransı keçirməli olduğu zalı tərk ediblər.

“Report” bu barədə “France Info” portalına istinadən xəbər verir.

Çərşənbə günü Makron Avropa Parlamentində çıxış edərək Fransanın növbəti altı ay üçün Aİ-yə sədrliyinin prioritetlərini açıqlayıb. Onun çıxışından sonra mətbuat konfransı keçirilməli idi, lakin sonradan məlum olub ki, mətbuat təmsilçilərinə sual vermək imkanı yaradılmayacaq.

“(Makronun Avropa Parlamentindəki çıxışından-red) sonra baş tutmalı olan mətbuat konfransı suallarsız bəyanata çevrildi. Avropalı jurnalistlər buna etiraz əlaməti olaraq zalı tədbir başlamazdan əvvəl tərk etdilər”, - “France Info”nun hadisə yerində olan müxbiri bildirib.

CNews telekanalının jurnalisti Loik Sinorun tviter səhifəsində yazıb ki, jurnalistlər Avropa Parlamentində bir neçə saat gözlədikdən sonra mətbuat konfransında sual verməyin mümkün olmayacağını öyrəniblər. Buna görə də zaldan çıxmaq barədə yekdil qərar verilib.

Son xəbərlər

Orphus sistemi