Stoltenberq: “TBMM-nin Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiyasını alqışlayıram”

Stoltenberq: “TBMM-nin Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiyasını alqışlayıram” NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Böyük Millət Məclisinin (TBMM) Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini qəbul etməsini alqışlayıb.
Digər ölkələr
31 Mart , 2023 03:37
Stoltenberq: “TBMM-nin Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiyasını alqışlayıram”

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Böyük Millət Məclisinin (TBMM) Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini qəbul etməsini alqışlayıb.

“Report” xəbər verir ki, Y.Stoltenberq bu barədə tvitterdəki hesabında yazıb

“Türkiyə Böyük Millət Məclisinin Finlandiyanın (NATO-ya - red) üzvlüyünün ratifikasiyasını başa çatdırmaq üçün səsverməsini alqışlayıram. Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək”, - Stoltenberq qeyd edib.

Xatırladaq ki, Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edilib.

İsveç və Finlandiya bir neçə ay əvvəl NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Türkiyə onların quruma üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürüb. Lakin İsveç PKK terrorçularına dəstək verir. Bu ölkədə PKK tərəfdarlarının aksiyaları keçirilir.

Son xəbərlər

Orphus sistemi