Yuxarı

Stoltenberq : "Rusiyanın hərbi qüdrətinin artmasına müqavimət göstərməliyik"

NATO-nun baş katibi Portiqaliyada keçirilən hərbi oyunlarda iştirak edir

Bakı. 6 noyabr. REPORT.AZ/ NATO-nun baş katibi Rusiyanın Baltik dənizindən Aralıq dənizinədək hərbi mövcudluğunu artmasına müqavimət göstərilməsinin vacibliyini vurğulayıb.

"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Portiqaliyada keçirilən NATO-nun "hərbi oyunlar"ında iştirak edən Yens Stoltenberq bildirib ki, hazırda Rusiya Kalininqrad bölgəsi, Qara dəniz və Aralıq dənizinin şərqində hərbi gücünü artırırır. Beləliklə, ABŞ və müttəfiqlərinin bu bölgələrə çıxışı məhdudlaşdırılır.

Onun sözlərinə görə, NATO-nun öz missiyalarını həyata keçirməsi üçün bu kimi çağırışlara effektiv şəkildə müqavimət göstərməlidir.

NATO-nun baş katibi bildirib ki, hazırkı manevrlər alyansın özünümüdafiəsinə və hər bir təhdidə hazır olduğuna işarədir.

Son üç həftədir NATO-ya müttəfiq ölkələrin 36 min əsgərdən ibarət hərbi qüvvəsi İtaliya, İspaniya və Portuqaliyada keçirilən hərbi təlimlərdə iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi