NATO Ukraynadakı münaqişənin bilavasitə iştirakçısı deyil və qarşısına Rusiya ilə birbaşa toqquşmanın qarşısını almaq vəzifəsi qoyub, bunun indiki nəticələri ilə müqayisə olunmayacaq zərəri var.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq sammitin yekunlarına dair mətbuat konfransında bildirib.
"Rusiya ilə NATO arasında genişmiqyaslı müharibə olsa, biz daha böyük miqyasda əzab və dağıntılar görəcəyik. Buna görə də NATO-nun iki vəzifəsi var: bunlardan biri Ukraynaya yardım göstərməkdir. Amma biz həmçinin Ukraynanın hüdudlarından kənarda eskalasiyanın qarşısını almağa da məsuliyyət daşıyırıq. Buna görə də NATO yer üzündə münaqişə tərəfi deyil”, - o bildirib.