Bakı. 7 aprel. REPORT.AZ/ İsveçin Baş naziri Stefan Löven Stokholmun mərkəzində baş verən insidentlə bağlı açıqlama verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, hər şeyin hadisənin terror aktı olduğuna işarə vurduğunu söyləyib.
*** 17:16
İsveçin paytaxtı Stokholmın mərkəzində sürücü idarə etdiyi yük maşınını piyadaların üstünə sürüb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İnformasiyaya əsasən, hadisə nəticəsində 3 nəfər ölüb. Başqa xəsarət alanlar da var.
Məlumata görə, hadisə yerinə təcili tibbi yardım maşınları, xilasedicilər və polis əməkdaşları cəlb edilib.

