Nikola Stercen: "Şotlandiyanın müstəqilliyi barədə referendum yaxın iki ildə keçirilə bilər"

Nikola Stercen: "Şotlandiyanın müstəqilliyi barədə referendum yaxın iki ildə keçirilə bilər" Birinci nazir: "Referendum şotlandların hüququnu təmin etmək üçün nəzərdə tutulub"
Digər ölkələr
13 İyul , 2016 16:57
Nikola Stercen: Şotlandiyanın müstəqilliyi barədə referendum yaxın iki ildə keçirilə bilər

Bakı. 13 iyul. REPORT.AZ/ "Şotlandiyanın müstəqilliyi barədə referendum yaxın iki il ərzində keçirilə bilər".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Şotlandiyanın birinci naziri xanım Nikola Stercen deyib.

"Böyük ehtimalla Şotlandiyanın müstəqilliyi haqqında referendum Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının həyata keçiriləcəyi 50-ci maddə fonunda yaxın iki ildə keçiriləcək. Amma hələlik belə qərar qəbul etməmişəm. Sadəcə, bu variant mümkün gedişat kimi gündəmdədir", - deyə, o, xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

"Bu, Aİ-dəki üzvlüyümüzü qorumaq üçün yeganə yol olsa, şotlandları hüquqlarının qorunmasını təmin etməyə çağıracağıq", - birinci nazir söyləyib.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların əksəriyyəti Aİ-dən çıxmağa səs vermişdisə, şotlandlar Avropa İttifaqındakı üzvlüyün qorunmasını dəstəkləmişdi. Bundan sonra N.Stercen Şotlandiyanın müstəqilliyi barədə yeni referendum keçirilməsini istisna etmədiyini bildrimişdi.

Son xəbərlər

Orphus sistemi