​"Stratfor": "Rusiyanın Suriyadakı hərbi bazalarından biri dağıdılıb"

​"Stratfor": "Rusiyanın Suriyadakı hərbi bazalarından biri dağıdılıb" Rusiyanın hərbi qurumlarından xəbərlə bağlı açıqlama verilməyib
Digər ölkələr
24 May , 2016 20:23
​Stratfor: Rusiyanın Suriyadakı hərbi bazalarından biri dağıdılıb

Bakı. 24 may. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının atəş zərbələrindən Suriyanın Tiyas yaşayış məntəqəsi yaxınlığındakı Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin aviabaza kimi istifadə etdikləri əraziyə ciddi ziyan dəyib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın "Stratfor" şirkəti məlumat yayıb.

"Stratfor"un mütəxəssisləri bazanın peykdən çəkilən şəkildən uçuş xəttində yanıq qalıqları, binanın dağıntısının göründüyünü bildiriblər.

Şirkət ekspertlərinin sözlərinə görə, həmin fotoda uçuş zolağında Rusiyaya məxsus "Miq-24" helikopterinin qalıqları və Bəşşar Əsədin Hərbi Hava Qüvvələrinin "Miq-25" hərbi təyyarəsi görünür.

Rusiyanın hərbi qurumlarından xəbərlə bağlı açıqlama verilməyib.

Son xəbərlər

Orphus sistemi