Staffan de Mistura Suriya danışıqları üzrə ilk görüşü hökumət nümayəndələriylə keçirəcək

Staffan de Mistura Suriya danışıqları üzrə ilk görüşü hökumət nümayəndələriylə keçirəcək Bəşşar Əsəd rejimini Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri təmsil edir
Digər ölkələr
29 Yanvar , 2016 17:27
Staffan de Mistura Suriya danışıqları üzrə ilk görüşü hökumət nümayəndələriylə keçirəcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Suriya üzrə Cenevrə danışıqları BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura ilə hökumətin nümayəndə heyətinin görüşüylə başlayacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Staffan de Misturanın ofisinin rəhbəri Havla Mattar bu gün məlumat verib.

"BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Misturanın daha əvvəl elan etdiyi kimi, Suriya üzrə danışıqlar bu gün başlayacaq. De Mistura bu gün Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfərinin rəhbərlik etdiyi hökumətin nümayəndə heyəti ilə görüşəcək. O, danışıqlarda iştirak edən digər şəxslərlə və vətəndaş icmasının nümayəndələriylə də görüş keçirəcək", - deyə xanım Mattar deyib.

H.Mattar qeyd edib ki, Staffan de Misturanın yanvarın 25-də mətbuat konfransında açıqladığı kimi, danışıqlar birbaşa olmayacaq. Bu isə o deməkdir ki, tərəflər onunla ayrı-ayrılıqda görüşəcək.  

Son xəbərlər

Orphus sistemi