Şri-Lankada terrorçularla əlaqəli müsəlman din xadimi həbs edilib

Şri-Lankada terrorçularla əlaqəli müsəlman din xadimi həbs edilib Şri-Lankda ötən ay yüzlərlə insanın ölümünə səbəb olan partlayışların təşkilatçısı olan terrorçularla əlaqədə şübhəli bilinən 60 yaşlı İslam ilahiyyatçısı Məhəmməd Əliyar həbs edilib.
Digər ölkələr
12 May , 2019 11:40
Şri-Lankada terrorçularla əlaqəli müsəlman din xadimi həbs edilib

Şri-Lankda ötən ay yüzlərlə insanın ölümünə səbəb olan partlayışların təşkilatçısı olan terrorçularla əlaqədə şübhəli bilinən 60 yaşlı İslam ilahiyyatçısı Məhəmməd Əliyar həbs edilib.

"Report" xəbər verir ki, bu barədə ölkənin polis idarəsinə istinadən "Reuters" məlumat yayıb.

Əliyar ixtisasca ilahiyyatçıdır. O, Kattankudu şəhərində İslam Dini Mərkəzini təsis edib.

Qanun keşikçiləri hesab edirlər ki, Əliyar "Haşim" qruplaşmasının fəaliyyəti üçün maliyyə vəsaitlərinin köçürülməsində iştirak edib.

Şri-Lankada ölkə tarixinin ən iri silsilə terror aktları aprelin 21-də baş verib.

Son xəbərlər

Orphus sistemi