Şri-Lankada terror aktı qurbanlarının sayı 290 nəfərə çatıb - YENİLƏNİB

Şri-Lankada terror aktı qurbanlarının sayı 290 nəfərə çatıb - YENİLƏNİB Şri-Lankada törədilmiş səkkiz partlayış nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
22 Aprel , 2019 07:35
Şri-Lankada terror aktı qurbanlarının sayı 290 nəfərə çatıb - YENİLƏNİB
AFP

Şri-Lankada törədilmiş səkkiz partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" polisdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, partlayışlar zamanı ölənlərin sayı 290 nəfərə çatıb. Terror aktı nəticəsində həmçinin 500-ə yaxın insan yaralanıb. 



***05:25

Şri-Lankada törədilmiş səkkiz partlayış nəticəsində ölənlərin sayı 262 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "News 1st" telekanalı bildirib.

"Ölənlərin sayı 262 nəfərdir, zərər çəkənlərin sayı isə 452 nəfərdən çoxdur", - deyə telekanal xəbər verib.

Qeyd edək ki, Şri-Lankada bazar günü silsilə partlayışlar törədilib. Son məlumatlara görə, həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Koreya Xalq Respublikası, Niderland, ABŞ, TürkiyəBöyük Britaniya vətəndaşları da var.

Şri-Lankanın hüquq-mühafizə orqanları artıq partlayışlarda iştirakda şübhəli bilinən 13 nəfəri saxlayıb.

Son xəbərlər

Orphus sistemi