Şri-Lankada müxalifət namizədi prezident seçkilərində qalib gəlib

Şri-Lankada müxalifət namizədi prezident seçkilərində qalib gəlib Şri-Lankanın müxalifətçi Xalq Cəbhəsindən namizəd Qotabay Rajapaks dünən keçirilmiş prezident seçkilərində səs çoxluğunu qazanıb.
Digər ölkələr
17 Noyabr , 2019 11:27
Şri-Lankada müxalifət namizədi prezident seçkilərində qalib gəlib

Şri-Lankanın müxalifətçi Xalq Cəbhəsindən namizəd Qotabay Rajapaks dünən keçirilmiş prezident seçkilərində səs çoxluğunu qazanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı bildirib.

Məlumata görə, onun əsas rəqibi, hakim Birləşmiş Milli Partiyadan namizəd Sajit Premadas artıq məğlubiyyətini etiraf edib. O, qeyd edib ki, xalqın qərarına hörmət edir.

İlkin məlumata görə, Rajapaks seçicilərin 53-54%-nin səsini toplayıb. Yeni seçilmiş prezidentin növbəti həftənin əvvəlində and içəcəyi gözlənilir. Ada dövlətinin başçısı beşillik müddətə seçilir.

Şri-Lankada prezident seçkiləri ölkədəki siyasi qeyri-sabitlik fonunda, təhlükəsizlik sahəsində mürəkkəbləşmiş vəziyyətdə keçirilib.

Son xəbərlər

Orphus sistemi