Şri-Lankada 800 tonluq zibil təpəsinin uçması nəticəsində azı 16 nəfər ölüb, 40 ev dağılıb

Şri-Lankada 800 tonluq zibil təpəsinin uçması nəticəsində azı 16 nəfər ölüb, 40 ev dağılıb Hakimiyyət qurbanların sayının çoxalacağından ehtiyat edir
Digər ölkələr
15 Aprel , 2017 14:18
Şri-Lankada 800 tonluq zibil təpəsinin uçması nəticəsində azı 16 nəfər ölüb, 40 ev dağılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Şri-Lankanın paytaxtı Kolombo şəhərində zibil kütləsinin uçması nəticəsində azı 16 nəfər ölüb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu haqda ölkə ordusunun təmsilçisi bildirib.

90 metr hündürlüyü olan zibil təpəciyi ötəngünkü yağışdan sonra yaşayış evlərinin üstünə aşıb. Hadisə nəticəsində 4-ü uşaq olmaqla, azı 16 nəfər ölüb, 40 ev dağılıb, 180 nəfər evsiz qalıb.

Xilasedicilər 20-dək insanın uçqun altında qaldığını bildiriblər. Hakimiyyət qurbanların sayının çoxalacağından ehtiyat edir.

Qeyd edək ki, hadisənin baş verdiyi məkanda aztəminatlı ailələr yaşayır. 

Son xəbərlər

Orphus sistemi