Yuxarı
    Bağlamaq

    Srebrenitsada keçirilən matəm mərasiminə qatılan Serbiyanın baş nazirinə daş və butulka atıblar - VİDEO

    Bu hadisədən sonra nümayəndə heyəti tədbir yerini təcili tərk edərək, qəbirstanlığın yaxınlığındakı avtomobillərinə miniblər

    Bakı. 11 iyul. REPORT.AZ/ Serbiyanın baş naziri Aleksandr Vuçiç Srebrenitsada keçirilən matəm mərasimini yarımçıq tərk etməyə məcbur olub.

    "Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.

    Xəbərdə bildirilib ki, soyqırıma məruz qalan Bosniya müsəlmanlarının xatirəsinin anılması mərasimində iştirak edənlər baş nazirə daş və butulka atıblar.

    Bu hadisədən sonra Serbiyanın nümayəndə heyəti tədbir yerini təcili tərk edərək, qəbirstanlığın yaxınlığındakı avtomobillərinə miniblər.

    2010-cu ildə isə ilk dəfə Serbiyanın o vaxtkı prezidenti Boris Tadiç Srebrenitsadakı qəbristanlığı ziyarət etmişdi.

    Qeyd edək ki, iyulun 11-də Srebrenitsada bosniyalı müsəlmanları soyqırmının 20-ci ildönümü qeyd olunur. 

    Bu gün Bosniya-Herseqovinanın Srebrenitsa şəhərində bosniyalı müsəlmanlara qarşı törədilən soyqırımın daha 136 qurbanı Potoçari qəbiristanlığında dəfn edilib.

    Potoçari qəbiristanlığında ilk cənazə mərasimi 2003 -cü ilin martında keçirilib. Onda 600 bosniyalı müsəlman dəfn edilmişdi. İyulun 11-dəki mərasimlə birlikdə bu qərbistanlıqda torpağa tapşırılanların sayı 6 min 377 nəfərə çatacaq.

    Xəbərə görə, iyulun 11-də keçirləcək anım mərasimini 140 mətbuat orqanının 450 müxbiri işiqlandırıb. Tədbirdə 30-dan çox dövlət ən yüksək səviyyədə təmsil olunub. Türkiyədən isə mərasimə baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğlu qatılıb. Mərasimdə ABŞ-ın keçmiş prezidenti Bill Klintonda iştirak edib.

    Soyqırımın 20-ci ildönümü ilə bağlı keçirlən mərasimə 40 ölkədən 70 minə yaxın insanın qatılıb.

    Xatırldaq ki, 1995-ci il iyulun 11-dəBMTqüvvələrinin nəzarəti altında olan bu şəhərə Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək, soyqırm törədib. İki gündə 8 min 372 bosniyalı müsəlman öldürülüb. Onların hamısı kişilərdir. Həmin hadisədən 20 il ötsə də indiyədək 6 min 241 nəfər dəfn edilib . Bu günə kimi 7 min cəsəd tapılıb. 1372 nəfər barəsində heç bir məlumat yoxdur.

    BMT-ni Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın olması ilə bağlı hüquqi sənədin qəbul edilməsi müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan sənəd qəbul edilməyib.

    Yuqoslaviyadakı 1991-1995-ci il savaşından əvvəl Srebrenitsada 36666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı on minə yaxındır. Soyqırımadək Srebnitsada əhalinin 78%-ni boşnaklar, 9% -ni isə serblər təşkil edirmiş. İndi müsəlmanların sayı 5 minədəkdir. Şəhərin əhalisinin qalanı serbdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi