Şotlandiyada partlayış zamanı bir neçə nəfər xəsarət alıb

Şotlandiyada partlayış zamanı bir neçə nəfər xəsarət alıb Şotlandiyanın cənub-qərbindəki Era şəhərində baş verən güclü partlayışdan sonra üç nəfər xəstəxanaya çatdırılıb.
Digər ölkələr
19 Oktyabr , 2021 03:48
Şotlandiyada partlayış zamanı bir neçə nəfər xəsarət alıb

Şotlandiyanın cənub-qərbindəki Era şəhərində baş verən güclü partlayışdan sonra üç nəfər xəstəxanaya çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə BBC-yə Şotlandiyanın Təcili Tibbi Yardım Xidmətindən məlumat verilib.

Hadisə yerinə 6 təcili yardım maşını və tibbi helikopter göndərilib. “Üç xəstə Kroshaus (Qlazqo yaxınlığında) Xəstəxanasına çatdırılıb", - həkimlər agentliyə bildirib.

Hələlik ölənlər barədə məlumat yoxdur. İlkin məlumatlara görə, qəzaya səbəb məişət qazının sızması olub. Qeyd edilir ki, ölkənin Qazpaylayıcı Şəbəkəsinin əməkdaşları hadisə yerindədir.

BBC-nin məlumatına görə, partlayış nəticəsində iki mərtəbəli fərdi yaşayış binası tamamilə, digər binanın divarları dağılıb. “Daily Express” isə öz növbəsində iki binanın dağıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi