Bakı. 30 dekabr. REPORT.AZ/ Son vaxtlar Afrika qitəsində kütləvi şəkildə ölümə səbəb olan Ebola virusu yavaş-yavaş Avropa qitəsinə də yayılmağa başlayıb. Son olaraq Şotlandiya höküməti tibb işçilərindən birinin bu xəstəliyə yoluxması haqqında məlumatı təsdiqləyib.
"Report"un məlumata görə, tibb işçisi virusa Qərbi Afrikada yoluxub. Sözügedən xəstə hazırda cəmiyyətdən təcrid olunub və Qlazqo şəhərində yerləşən Qartnavel xəstəxanasında müalicə olunur.