Soros "Facebook" və "Google"ni cəmiyyət üçün təhlükə adlandırıb

Soros "Facebook" və "Google"ni cəmiyyət üçün təhlükə adlandırıb Bakı. 26 yanvar. REPORT.AZ/ Amerikalı milyarder Corc Soros hesab edir ki, Facebook və Google cəmiyyət üçün təhlükəlidir.
Digər ölkələr
26 Yanvar , 2018 05:58
Soros Facebook və Googleni cəmiyyət üçün təhlükə adlandırıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Amerikalı milyarder Corc Soros hesab edir ki, "Facebook" və "Google" cəmiyyət üçün təhlükəlidir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, C. Soros "Facebook" və "Google"nin asılılıq yaratdığını qeyd edib.

"Onlar qəsdən öz xidmətlərində asılılıq yaradırlar. Bu təhlükəli ola bilər, xüsusən yeniyetmələr üçün. İnternet-platformaları və qumar oyunları arasında oxşarlıqlar var. Kazinonu bütün oyunçuların pullarını əllərindən almaq üsulu kimi hazırlayıblar, hətta hansılarda ki, onlarda pul da yoxdur," – deyə "Business Insider" Sorosdan sitat gətirib.

O, həmçinin qeyd edib ki, "Facebook" və "Google" insanların azadlığı üzərində inhisar yaradır.

"Sosial şəbəkələr insanları muxtariyyətdən imtinaya məcbur edir və insanların diqqətini cəlb edən güc daha çox bir neçə şirkətin əllərində cəmləşir", - deyə o, izah edib.

Son xəbərlər

Orphus sistemi