Sorğu: Trampın reytinqi sui-qəsd cəhdindən sonra yüksəlib

Sorğu: Trampın reytinqi sui-qəsd cəhdindən sonra yüksəlib ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın reytinqi sui-qəsd cəhdindən və Respublikaçıların milli qurultayından sonra yüksəlib.
Digər ölkələr
21 İyul , 2024 21:32
Sorğu: Trampın reytinqi sui-qəsd cəhdindən sonra yüksəlib
Donald Tramp

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın reytinqi sui-qəsd cəhdindən və Respublikaçıların milli qurultayından sonra yüksəlib.

"Report" xəbər verir ki, bunu "Ipsos" sosioloji xidmətinin ABC televiziya şirkəti üçün hazırladığı sorğunun məlumatları sübut edir.

Tədqiqata görə, Trampın reytinqi son hadisələr fonunda son 4 ildə ilk dəfə 40%-ə yüksəlib.

Sorğu 19-20 iyul tarixlərində 1 141 amerikalı arasında aparılıb.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun 15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib. Baydenin namizədliyinin Demokratların avqustun 19-22-də Çikaqoda keçiriləcək milli qurultayında təsdiqlənəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi