Sorğu: Əksər amerikalılar Baydeni dəstəkləyir

Sorğu: Əksər amerikalılar Baydeni dəstəkləyir ABŞ-dakı seçicilərin 60 faizdən çoxu Co Baydenin dövlət başçısı kimi fəaliyyətindən razıdır.
Digər ölkələr
26 Yanvar , 2021 05:15
Sorğu: Əksər amerikalılar Baydeni dəstəkləyir
Co Bayden

ABŞ-dakı seçicilərin 60 faizdən çoxu Co Baydenin dövlət başçısı kimi fəaliyyətindən razıdır.

“Report”un məlumatına görə, bunu “Hill” nəşrinin “HarrisX” şirkətilə birlikdə apardığı sorğunun nəticələri sübut edir.

Beləliklə, respondentlərin 63% -i Baydenin prezident kimi ümumi fəaliyyətini dəstəkləyir. Sorğuda iştirak edən demokratların 94% -i yeni dövlət başçısından razı olsa da, respublikaçıların 70 % -i demokratın ümumi işindən narazıdır.

Respondentlər Baydenin fəaliyyətini müəyyən aspektlərdə qiymətləndiriblər. Məsələn, yeni Amerika liderinin beynəlxalq münasibətlər məsələsində fəaliyyətini seçicilərin 60% -i, koronavirusla mübarizə üzrə 69 %-i dəstəkləyib.

Anket iştirakçıları iqtisadiyyata, iş yerlərinin açılmasına və terrorizmə qarşı mübarizə baxımından prezidentə (61%) eyni səviyyədə dəstəyini ifadə ediblər.

Lakin miqrasiya məsələsində Ağ Ev rəhbərinin fəaliyyəti respondentlərin cəmi 57% -i tərəfindən bəyənilib. Qeyd edək ki, 21-22 yanvar tarixlərində internetdə aparılan sorğuda 941 nəfər iştirak edib.

Son xəbərlər

Orphus sistemi