Sorğu: Almaniya kansleri rəqibindən 11 faiz az səs toplayıb

Sorğu: Almaniya kansleri rəqibindən 11 faiz az səs toplayıb Respondentlərin 71 faizi Almaniya Sosial-Demokrat Partiyasına rəğbət bəslədiklərini söyləyiblər
Digər ölkələr
17 Fevral , 2017 15:04
Sorğu: Almaniya kansleri rəqibindən 11 faiz az səs toplayıb

Bakı. 17 fevral. REPORT.AZ/ “Almaniyada kansler birbaşa seçilsəydi Sosial-Demokrat Partiyasının namizədi Martin Şults səsələrin 49 faizini, indiki kansler Angela Merkel isə 38 faizini qazanardı”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Forschungsgruppe Wahlen” sosiloji araşdırma mərkəzinin ZDF telekanalının sifarişi əsasında keçirdiyi rəy sorğusunun fevralın 17-də açıqlanan nəticələrində bildirilib.

Rəyi soruşulanların 38 faizi namizədlər arasında fərq görmədiklərini vurğulayıb. Respondentlərin 71 faizi Almaniya Sosial-Demokrat Partiyasına rəğbət bəslədiklərini söyləyiblər.

Yanvarda keçirilən müvafiq sorğuda isə respondentlərin 44 faizi Merkelə, 40 faizi isə Almaniya Sosial-Demokrat Partiyasının namizədi Martin Şultsa səs verəcəklərini bildirib.

Qeyd edək ki, Almaniya parlamentinə, Bundestaqa seçkilər bu il sentyabrın 24-də keçiriləcək. Seçkinin nəticələrinə əsasən, yeni hökumət formalaşacaq.

Son xəbərlər

Orphus sistemi