Sorğu: “ABŞ-da Ukraynaya hərbi və maliyyə yardımına dəstək azalır”

Sorğu: “ABŞ-da Ukraynaya hərbi və maliyyə yardımına dəstək azalır” “ABŞ sakinlərinin əksəriyyəti Ağ Evin Ukraynaya davamlı dəstəyini hələ də bəyənir, lakin onların sayı getdikcə azalır”.
Digər ölkələr
16 Fevral , 2023 05:42
Sorğu: “ABŞ-da Ukraynaya hərbi və maliyyə yardımına dəstək azalır”

“ABŞ sakinlərinin əksəriyyəti Ağ Evin Ukraynaya davamlı dəstəyini hələ də bəyənir, lakin onların sayı getdikcə azalır”.

“Report” xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.

“AP-NORC” sorğusuna əsasən, amerikalıların 48%-i Kiyevə maliyyə və hərbi yardıma müsbət yanaşır ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 12% azdır.

Respondentlərin 29%-i ABŞ-ın Ukraynaya dəstəyinin əleyhinədir, 22%-i isə bütövlükdə bu məsələyə laqeyd yanaşır. Konkret olaraq, dövlət vəsaitinin Kiyevə göndərilməsini amerikalıların 37%-i bəyənib, 38%-i əleyhinə çıxıb, 23%-i isə cavab qərarını verə bilməyib.

Bununla yanaşı, respondentlərin yalnız 19%-i Ukraynaya yardım məsələsində ABŞ prezidenti Cozef Baydenə tam etibar edir, amerikalıların 37%-i ümumilikdə Ağ Ev rəhbərinin siyasətinə arxayındır, respondentlərin 43%-i isə onun bu siyasəti ilə razılaşmır.

Son xəbərlər

Orphus sistemi