Son üç həftə ərzində Hindistan 57 myanmalı müsəlmanı Banqladeşə deportasiya edib

Son üç həftə ərzində Hindistan 57 myanmalı müsəlmanı Banqladeşə deportasiya edib Bu barədə Banqladeşdə nəşr olunan "Dhaka Tribune" qəzeti məlumat yayıb
Digər ölkələr
13 Oktyabr , 2017 20:33
Son üç həftə ərzində Hindistan 57 myanmalı müsəlmanı Banqladeşə deportasiya edib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Hindistan Myanmadan qaçan daha 18 müsəlmanı Banqladeşə deportasiya edib.  

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Banqladeşdə nəşr olunan "Dhaka Tribune" qəzeti məlumat yayıb. 

Xəbərdə bildirilib ki, oktyabrın 13-də səhər saatlarında Banqladeşə təhvil verilən qaçqınlardan 10 nəfəri uşaqdır və onlar üç ildir Basirhaatdakı bir düşərgədə qalırmışlar. 

Bununla da Hindistanın son üç həftə ərzində Banqladeşə deportasiya etdiyi myanmalı müsəlmanların sayı 57 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi