Bakı. 2 yanvar. REPORT.AZ/ 2014-cü il ərzində İraqda aralarında qadın və uşaqların da olduğu 4 min 583 insan qaçırılıb.
"Report" TRT-yə istinadla xəbər verir ki, bu statistikanı İraq Insan Haqları Təşkilatının üzvü Fadıl əl-Qərravi açıqlayıb.
F.Qərravinin sözlərinə görə, sözü gedən cinayətlər əsasən terrorçu "İslam Dövləti" qruplaşmasının üzləri tərəfindən həyata keçirilib.
"İraq hökuməti ABŞ-ın nəzarətində olan koalisiya qüvvələri ilə six əməkdaşlıq içində terrorçuların əlində olan insanları xilas etməlidir", - deyən İraq Insan Haqları Təşkilatının, qaçırılan insanların qul kimi satıldığını qeyd edib.