Son 6 ayda Türkiyədə terrorizmi təbliğ edən 1656 nəfər həbs edilib

Son 6 ayda Türkiyədə terrorizmi təbliğ edən 1656 nəfər həbs edilib 84 şübhəli şəxslə bağlı araşdırma davam edir
Digər ölkələr
24 Dekabr , 2016 22:37
Son 6 ayda Türkiyədə terrorizmi təbliğ edən 1656 nəfər həbs edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Son 6 ayda Türkiyədə sosial şəbəkələrdə terrorçuluğu təbliğ edən 1656 nəfər həbs edilib.

Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yarım il ərzində sosial şəbəkələrdə terrorizmin təbliğatında şübhəli bilinən 3 min 710 nəfərlə bağlı təhqiqat aparılıb.

Məhkəmə qərarlarına əsasən 1656 nəfər həbs edilib. Həmin şəxslərə qarşı terrorçuluğun, düşmənçilik və zorakılıq meyllərinin təbliğatı, həmçinin rəsmi şəxslərin təhqir edilmsəi ilə bağlı ittihamlar irəli sürülüb. 

Qeyd edilir ki, 1 min 203 nəfər şərti ittiham edilib. 767 nəfər isə dindirmələrdən sonra azad olunub. 

"84 şübhəli şəxslə bağlı araşdırma davam edir", - deyə nazirliyin məlumatında qeyd olunur.

Son xəbərlər

Orphus sistemi