Son 24 saatda Ukraynanın 4 əsgəri öldürülüb

Son 24 saatda Ukraynanın 4 əsgəri öldürülüb Döyüşlər əsasən Donetsk hava limanı ətrafında və Luqansk regionunda gedir
Digər ölkələr
14 Noyabr , 2014 03:03
Son 24 saatda Ukraynanın 4 əsgəri öldürülüb
Bakı. 14 noyabr. REPORT.AZ/ Kiyev rəsmiləri bildirir ki, son 24 saatda rusiyapərəst separatçılarla döyüşlərdə Ukrayna Ordusunun 4 əsgəri öldürülüb, 18-i yaralanıb.

Döyüşlər əsasən Donetsk hava limanı ətrafında və Luqansk regionunda gedir. 20 separatçının öldürüldüyü qeyd olunur.

BMT rəsmiləri Ukraynada tam miqyaslı döyüşlərin bərpa oluna biləcəyindən narahatlığını dilə gətirib.

Bununla belə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası noyabrın 12-də bu məsələ ilə bağlı heç bir əməli qərar verə bilmədi.

Son xəbərlər

Orphus sistemi