Somalidə terrorçuların hücumu nəticəsində 25-dən artıq hərbçi ölüb

Somalidə terrorçuların hücumu nəticəsində 25-dən artıq hərbçi ölüb "Əş-Şabab" yaraqlıları Cubalend bazasına hücum ediblər
Digər ölkələr
3 Sentyabr , 2017 10:40
Somalidə terrorçuların hücumu nəticəsində 25-dən artıq hərbçi ölüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Somalidə "Əş-Şabab" terror qruplaşması yaraqlılarının Kismayo liman şəhəri ərazisindəki hərbi bazaya hücumu nəticəsində 25-dən çox hərbçi ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentlik qruplaşma nümayəndəsinə istinadən xəbər verir ki, yaraqlılar Cubalend bazasına bazar günü səhər hücum ediblər. Nəticədə 26 Somali əsgəri öldürülüb, bundan başqa iki avtomobil yandırılıb, daha üç maşın bazadan aparılıb. Yerli sakinlər və Kismayodakı hərbi zabit faktı təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi