​Somalidə terrorçular şəhər merini və ordu zabitini edam ediblər

​Somalidə terrorçular şəhər merini və ordu zabitini edam ediblər Onlar 200-ə yaxın sakini şəhərin meydanına zorla toplayaraq onların gözü qarşısında məmur və zabiti güllələyiblər
Digər ölkələr
24 Dekabr , 2015 20:36
​Somalidə terrorçular şəhər merini və ordu zabitini edam ediblər

Bakı. 24 dekabr. REPORT.AZ/ Terrorçu "əş-Şabab" qruplaşmasının silahlıları Somalinin Aşağı Şabella əyaləti Mariirey şəhərinin merini və ordu zabitini edam ediblər.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, terrorçular 200-ə yaxın sakini şəhərin meydanına zorla toplayaraq onların gözü qarşısında məmur və zabiti güllələyiblər.

Xəbərdə bildirilib ki, Mariirey iki ay öncə "əş-Şabab" siahlıları tərəfindən ələ keçirilib.

Mariirey şəhəri qətl törədilən şəhəin yaxınlığında yerləşir. 

Son xəbərlər

Orphus sistemi