Yuxarı

​Somalidə terrorçu-kamikadze hökumət binasına hücum edib: 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Partlayışın məsuliyyətini əş-Şabab terrorçu qruplaşması öz üzərinə götürüb

Bakı. 11 aprel. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadzenin partlayıcı yüklənmiş avtomobili hökumət binasına çırpması nəticəsində 3 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Partlayışın məsuliyyətini "əş-Şabab" terrorçu qruplaşması öz üzərinə götürüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi