Somalidə iki nazirlik binası qarşısında partlayış baş verib: 6 ölü, 10 yaralı

Somalidə iki nazirlik binası qarşısında partlayış baş verib: 6 ölü, 10 yaralı Partlayışın hansı qruplaşma tərəfindən həyata keçirildiyi açıqlanmır
Digər ölkələr
6 Aprel , 2017 00:14
Somalidə iki nazirlik binası qarşısında partlayış baş verib: 6 ölü, 10 yaralı
7daynews.ru

Bakı. 6 aprel. REPORT.AZ/ Somalidə baş vermiş partlayışda azı 6 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə paytaxt Moqadişoda, Şanqan rayonunda, iki nazirlik binasının yaxınlığında qeydə alınıb. 

Avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 10 nəfər xəsarət alıb. Partladılmış avtomobilin qarşısında İdman Nazirliyi, həmçinin yaxınlıqda Milli Təhlükəsizlik Nazirliyinin binası yerləşir.

Partlayışın hansı qruplaşma tərəfindən həyata keçirildiyi açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi