Somalidə hərbi hissəyə hücum: 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb

Somalidə hərbi hissəyə hücum: 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb Bu yaşayış məskəninə əvvəllərdə hücumlar edilib.
Digər ölkələr
463
5 Avqust , 2020 19:46
Somalidə hərbi hissəyə hücum: 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb
"Reuters"

Somalinin cənubunda yerləşən Baidoa şəhərindəki hərbi bazaya hücum nəticəsində azı 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “A Haber” yayıb.

Hücumu terrorçu “Əş-Şəbab” qruplaşmasının törətdiyinə dair məlumat yayılıb.

Hadisə Daynunay kəndində törədilib. Bu yaşayış məskəninə əvvəllər də hücumlar edilib.

Orphus sistemi