​Somalidə atışma nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb

​Somalidə atışma nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb Silahlı toqquşma iki üsyançı qrup arasında baş verib
Digər ölkələr
20 Oktyabr , 2015 00:36
​Somalidə atışma nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bazar ertəsi Somalinin mərkəzində iki üsyançı qrup nümayəndələri arasında baş verən toqquşma nəticəsində ən azı 10 nəfər ölüb, 15-dən artıq şəxs yaralanıb.

"Report" xəbər verir ki, bu barədə polis nümayəndələri və yerli sakinlərə istinadən DPA agentliyi məlumat yayıb.

Silahlı toqquşmalar "kommersiya maraqları" zəminində başlayıb. Qruplaşmalardan birinin nümayəndələri digərinə məxsus olan yük maşınları sahiblərinə rüsum qoymaq istəyiblər. Atışmaya gətirib çıxaran münaqişə ölkənin mərkəzi hissəsində yerləşən Beledueyn şəhərindəki qanunsuz nəzarət-buraxılış məntəqəsində baş verib.

Son xəbərlər

Orphus sistemi